Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 06:44

Clinton ümid edir ki, Şimali Koreya sülh yolunu tutacaq


ABŞ dövlət katibi Hillary Clinton deyib ki, onlar ölkə rəhbəri Kim Jong-ilin ölümündən sonra Şimali Koreyanın sülh yolu tutacağına inanırlar. Clinton onu da bildirib ki, ABŞ Şimali Koreya xalqına kömək etməyə hazırdır.

Dövlət katibi tövsiyyə edib ki, Şimali Koreya beynəlxalq ictimaiyyətə açıq olsun, qonşuları ilə əlaqələrini inkişaf etdirsin.

BBC-nin məlumatına görə, Kim Jong-ilin ölümündən sonra ABŞ, Cənubu Koreya və Yaponiya liderlərinin Şimali Koreya ilə bağlı görüşəcəkləri gözlənir.

ABŞ prezident Barack Obama Yaponiyanın baş naziri Yoshihiko Noda ilə telefon danışığında regionda müttəfiq olduqlarını bir da təsdiqləyib.

Kim Jong-il dekabrın 19-da 69 yaşında vəfat edib.
XS
SM
MD
LG