Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:16

2011-ci ildə dünyada 100-dən çox jurnalist öldürülüb


2011-ci ildə dünyada 106 jurnalist öldürülüb. Cenevrədəki Press Emblem Campaign (PEC) təşkilatı məlumatı açıqlayıb.

Məlumata görə, ən çox jurnalist öldürülən ölkələrdən - Meksikada 12, Pakistanda 11 nəfər öldürülüb. Ərəb Baharı inqilablarının yaşandığı ölkələrdə də 20 jurnalist ölüb. Ancaq təşkilat bildirir ki, itkin düşən jurnalistlərin taleyi məlum olandan sonra bu rəqəm arta da bilər.

Press Emblem Campaign Azərbaycan, Rusiya və Ukraynada da bir jurnalistin öldürüldüyü qeyd eləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG