Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:49

Avropa Birliyi Ukrayna ilə Assosiasiya sazişini təxirə salır


Avropa Birliyi bildirib ki, Ukrayna ilə Assosiasiya sazişi ilə bağlı danışıqlar tamamlanıb, amma sənədin imzalanması rəsmi Kiyevin siyasi islahatlarla bağlı davranışına görətəxirə salınır.

Kiyevdə bu gün keçirilən toplantıda Avropa Şurasının prezidenti Herman Van Rompuy belə deyib. 4 ildir davam danışıqların nəticəsində bu gün yekun sənədin imzalanması gözlənilirdi. Ancaq oktyabr ayında keçmiş baş nazir Yulia Tymoshenkonun həbsindən sonra Avropa Birliyi fikrini dəyişib.

Van Rompuy və Avropa Komissiyasının sədri Jose Manuel Barroso Ukrayna prezidenti Viktor Yanukovychlə təkbətək görüşdə bu narahatlıqları müzakirə edəcəklər.
XS
SM
MD
LG