Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:36

Qazaxıstan neftçiləri başqa şəhərlərdə də yürüş keçiriblər


Aktauya qalxanlar, dəyənəklər, hətta rezin güllələrlə silahlanmış polis qüvvələri yerləşdirilir. 18 dekabr 2011
Aktauya qalxanlar, dəyənəklər, hətta rezin güllələrlə silahlanmış polis qüvvələri yerləşdirilir. 18 dekabr 2011
-
Dekabrın 19-da Qazaxıstanda Aktau şəhərində 2 minə yaxın adam yürüş keçirib və qoşunların Janaozen şəhərindən çıxarılmasını və komendat saatının lləğvini tələb ediblər. Aksiyaya polis müdaxilə etməyib.


Rəsmi rəqəmlərə görə, Janaojen şəhərində neftçilərlə polis arasındakı toqquşmalarda 14, Shetpe də isə 1 nəfər öldürülüb. Hüquq müdafiəçiləri isə ölən və yaralananların sayının rəsmi rəqəmlərdəkindən çox olduğunu bildirir. Burada neftçilər may ayından bəri maaşların artırılması və sosial şəraitin yaxşılaşdırılması tələbi ilə tətil keçirirdilər.

Dekabrın 18-də Shetpe şəhərində etiraz aksiyası iştirakçıları dəmiryolu vağzalında qatarların hərəkətini dayandırıblar:


Janaozen şəhərində komendant saatı tətbiq edilib.

AzadlıqRadiosunun Qazax xidməti bildirir ki, şəhərdə yanvarın 5-ə qədər fövqəladə vəziyyət elan edilib və hazırda küçələrdə adam gözə dəymir. Tək-tək yola çıxan olanda da, xüsusilə kişiləri polis saxlayıb üst-başını yoxlayır.

Sakinlər müxbirlərimizə bildiriblər ki, dükab-bzarda ərzaq yoxdur, ictimai nəqliyyat işləmir.
XS
SM
MD
LG