Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:32

İlham Əliyev Vatslav Havelin vəfatı ilə əlaqədar başsağlığı verib


Vatslav Havel
Vatslav Havel
Azərbaycan prezidenti İlham Əliyev Çexiya prezidenti Vatslav Klausa başsağlığı verib.

Başsağlığında deyilir: “Çexiya Respublikasının keçmiş prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Vatslav Havelin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Çexiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Çex Respublikasının keçmiş prezidenti Vaclav Havel dekabrın 18-də 75 yaşında vəfat edib.
Ölkənin müxtəlif yerlərindən Praqada prezident sarayına və şəhərin mərkəzi meydanına gələn çexlər şamlar yandırır, öz ldierlərinin ruhuna dualar oxuyurlar. Prezident Vaclav Klaus dəfn mərasimini təşkil etmək üçün dövlət rəsmiləri ilə toplantı keçirir.
XS
SM
MD
LG