Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:21

6 ay ərzində Çində Markesin 1 milyon kitabı satılıb


Nobel mükafatlı Kolumbiya yazıçısı Gabriel Garcia Marquez-in “Yüz ilin tənhalığı” romanı Çində leqal şəkildə ilk dəfə olaraq bu ilin mayında çap edilmişdi.

Təxminən 6 ay ərzində kitabın 1 milyondan çox nüsxəsi satılıb.

“Yüz ilin tənhalığı” həm də Çində ən çox satılan əsərlər siyahısında birinciliyə yüksəlib.

Markes Çində çox populyardır.

Onun 1967-ci ildə yazdığı roman həm də çinli yazıçıların yaradıcılığına böyük təsir edib.

Yaxın illərdə Markesin “Vəba zamanı eşq” və başqa əsərləri də mandarin dilinə tərcümə ediləcək.

Pekində yerləşən "Thinkingdom House" nəşriyyatı Çində Qabriel Qarsia Markesin ilk rəsmi naşiridir.

Nəşriyyat hələ ki kitabın satışından böyük gəlir götürmədiyini, amma həm də “heç nə itirmədiyini” bildirib.

Nəşriyyat kitabın rəsmi naşiri olmaq haqqını hərracda qazanıb və məlumatlara görə, bunun üçün 1 milyon dollardan artıq pul ödəyib.

Britaniyanın "Guardian" qəzeti Çin mətbuatına istinadla xəbər verir ki, hələ 1990-cı ildə Çində səfərdə olarkən əsərlərinin piratlar tərəfindən necə geniş miqyasda tirajlandığından dəhşətə gələn Markes "Hətta mən öləndən 150 il sonra da bu ölkədə kitabımın çapına icazə vermirəm" deyibmiş.

Amma "Thinkingdom House" nəşriyyatının baş redaktoru Chen Mingjun 2008-ci ildə yazıçıya məktub yazaraq onu fikrindən döndərə bilib.
XS
SM
MD
LG