Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:50

Nyu-Yorkda Azərbaycan teatrı yaradıldı


New York
New York
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildiriblər ki, Azərbaycan-Nyu-York Assosiasiyasının nəzdində yaradılmış Nyu-York Azərbaycan Teatrının təqdimatında Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşasının premyerası olub.

Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin 200 illik yubileyinə həsr edilmiş tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar Artisti, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovdur.

Tamaşanın bədii tərtibatı Telman Cəlilova məxsusdur. Rolları Azərbaycan-Nyu-York Assosiasiyasının üzvləri ifa ediblər.

Tamaşanın Vaşinqtonda, Hyustonda və ABŞ-ın bir çox şəhərlərində oynanılması nəzərdə tutulub.

Nyu-York Azərbaycan Teatrının yaradılmasının məqsədi zəngin Azərbaycan mədəniyyətini ABŞ-da və digər ölkələrdə təbliğ etməkdir.
XS
SM
MD
LG