Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:32

Səudiyyə şahzadəsi Twitterə investisiya qoyur


Səudiyyə Ərəbistanı şahzadəsi Alwaleed bin Talal və onun investisiya şirkəti Kingdom Holding Co. qısa bloq saytı olan Twitterə 300 milyon dollar investisiya qoyurlar.

Səudiyyə Ərəbistanının investisiya şirkəti Riyadhın məlumatına görə, danışıqlar bir neçə ay gedib və bin Talal Twitterdə “strateji pay” alıb.

Twitter öz istifadəçilərinə 140 işarəyədək olan qısa mesajlar yazmağa imkan verir.
Ərəb baharı etirazları zamanı nümayişçilər Twitter vasitəsilə əlaqə saxlayırdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG