Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:17
Səudiyyə Ərəbistanı şahzadəsi Alwaleed bin Talal və onun investisiya şirkəti Kingdom Holding Co. qısa bloq saytı olan Twitterə 300 milyon dollar investisiya qoyurlar.

Səudiyyə Ərəbistanının investisiya şirkəti Riyadhın məlumatına görə, danışıqlar bir neçə ay gedib və bin Talal Twitterdə “strateji pay” alıb.

Media və texnologiyalara öz investisiyaları ilə tanınan bin Talal deyib ki, Twitterdə pay alınması sazişi “vədedicidir və bu, dünya əhəmiyyəti olan yüksək artım sürətli biznesdir”.

Twitter öz istifadəçilərinə 140 işarəyədək olan qısa mesajlar yazmağa imkan verir.
Ərəb baharı etirazları zamanı nümayişçilər Twitter vasitəsilə əlaqə saxlayırdılar.

Bin Talalın Kingdom Holding Co. Şirkəti Citigroup İnc.-də böyük paya malikdir.
Onun həmçinin Apple İnc. və Rupert Murdocha məxsus News Corp.-da payları var.

Bin Talal hazırda yeni ərəb xəbər kanalını təsis etmək prosesindədir. Bu kanal Qətərin Əl Jazeera və Səudiyyənin Al Arabiya kanallarına rəqib olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG