Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:16

Suriyada 6 əsgər öldürülüb


Suriyanın Homs əyalətində ordu qüvvələrilə müxalifətin tərəfinə keçmiş hərbçilər arasında baş vermiş toqquşmada azı 6 əsgər ölüb.

Bu barədə yerli hüquq müdafiəçiləri xəbər verirlər.

Onların sözlərinə görə, toqquşma hökumət qoşunları tərəfindən müntəzəm atəşə tutulan
Əl-Kuseyr şəhərinin yaxınlığında baş verib.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi
nümayişlər keçirilir.

BMT bu müddət ərzində 4 mindən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG