Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 15:06

Əfqanıstanda polisləri aparan maşına hecum edilib


Əfqanıstanın Host əyalətində polisləri aparan maşına hücum nəticəsində azı 20 nəfər yaralanıb.

Naməlum adam maşına əl qumbaraları atıb.

Bu son 2 gün ərzində qumbarayla polislərə edilən 2-ci hücumdur.

Cümə gününə keçən gecə isə Kabildəki polis məntəqələrindən birinə qumbara atılıb.

Amma itki və ya xəsarət alan olmayıb.

Bu hücum görə cavabdehliyi Taliban üzərinə götürüb.

BMT-nin məlumatına görə, bu ilin ilk 6 ayı ərzində Əfqanıstanda terror aktlarından ölən dinc sakinlərin sayı 15 faiz artıb.

Bu hücumların 80 faizini talibançılar törədir.
XS
SM
MD
LG