Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:54
Çex Respublikasının keçmiş prezidenti Vaclav Havel dekabrın 18-də 75 yaşında vəfat edib.

Ölkənin müxtəlif yerlərindən Praqada prezident sarayına və şəhərin mərkəzi meydanına gələn çexlər şamlar yandırır, öz ldierlərinin ruhuna dualar oxuyurlar. Prezident Vaclav Klaus dəfn mərasimini təşkil etmək üçün dövlət rəsmiləri ilə toplantı keçirir.

1996-cı ildə Havelin ağciyərində əməliyyat aparılıb.

Bundan sonra eks-prezidentin ağciyəri və yuxarı tənəffüs yollarında problemlər yaranmışdı.

Vaslav Havel 1936-cı il oktyabrın 5-də Praqada tanınmış ailələrdən birində dünyaya gəlib.

Dissident və dramaturq Vaslav Havel 1968-ci il “Praqa Baharı” hadisələrindən sonra azad fikir və təfəkkürünə görə dəfələrlə həbs olunur və elə həmin dövrdən fəal şəkildə əsərlər yazmağa başlayır.

1975-ci ildə isə onun “Qustav Qusaka açıq məktub”u meydana çıxır.

1979-cu ildə Vatslav Havel və digər beş çex dissidentə qarşı təxribatçılıq fəaliyyəti ilə bağlı ittiham irəli sürülür.

1989-cu ilin payızında Çexoslovakiyada tələbələrin çıxışı ilə “Məxmər inqilab” başlayır.
Havel Çexiyada müxalifət qüvvələrdən birinə çevrilən “Vətəndaş Forumu” yaradılmasının təşəbbüskarlarından biri olur və tezliklə siyasətçi kimi məşhurlaşır.

1989-cu il dekabrın 29-da ÇSSR-in Federal Yığıncağının hər iki palarasının birgə iclasında Havel yekdilliklə prezident seçilir.

1993-cü il fevralın 2-də isə Havel müstəqil Çexiyanın ilk prezidenti olur.

1998-ci ildə yenidən president seçilən Havel, 2003-cü ilin fevralında hakimiyyətdən gedir.

Havel "Xartiya 77" nin imzalanmasının əsas təşəbbüskarlarından biridir.

O, "Olqaya məktublar", "Açıq məktublar", "Sülhü pozma", "Yay meditasiyası" və
"Gücsüzlərin gücü" kimi kitabların müəllifidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG