Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:47

Zeynalabdin Tağıyevin qızını niyə ruhi xəstəxanaya saldılar?


Zeynalabdin Tağıyev
Zeynalabdin Tağıyev
AzadlıqRadiosunun “İz” proqramının növbəti buraxılışı məşhur mesenat, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Tağıyevaya ( 1899-1991) həsr olunub.

Dekabrın 15-də Sara xanımın onunla çox amansız davranmış bu dünya ilə vidalaşmasından 20 il ötdü...

Verilişdə yazıçı Teyyub Qurban Sara xanımla bağlı xatirələrini danışacaq və maraqlı açıqlamalar verəcək.

- Uzun illərdən sonra Vətənə dönməyə məcbur olan Sara xanım niyə doğulduğu evdə--indi Milli Tarix Muzeyinə çevrilmiş ata evinin kandarında gecələdi?

- Sara xanım Bakıda harada yaşadı?

- Onu niyə işdən çıxardılar?

- Niyə ruhi dispanserə saldılar?

- 1991-ci ildə Sara xanım hansı milli faciədən sonra sarsılıb dünyadan köçdü?

Bu sualların cavabı BU GÜN saat 20 05-də efirə gedəcək “İz” proqramında.

CANLI DİNLƏ

Azadlığın “İz”ini itirməyin.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG