Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:58

Camal Yusifzadə. Pay-piyada


Vidadi Məmmədova

Ömründə bir dəfə darıxmayanlar,
Ömründə bir dəfə ağlamayanlar,
Əl çəkin yaxamdan!
Buraxın məni!
Buraxın deyirəm, buraxın məni!
Düşüb kənd yoluna çıxıb gedirəm,
Baş alıb gedirəm pay-piyada.
Üfüqə uzanan bu kənd yolunda
Atamın izləri pay-piyada,
Anamın gözləri pay-piyada, -
Yol verin, yol verin, çıxıb gedirəm!
Çəkilin ağaclar
Bu kənd yolunun kənarlarına,
Yol boyu düzülür - mənimlə gedir pay-piyada.
Düşüb kən yolunun boz palçığına,
Yalın ayaqlarım - pay-piyada.
Pay-piyada
Düşüb kənd yoluna yuxulu başım.
Düşüb kənd yoluna pay-piyada, hara gedirəm?
Düşüb kənd yoluna arxamca gəlir
Fatma qarının bircə nəvəsi,
pay-piyada...

1970

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG