Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:48

JMK jurnalist Hacımurad Kamalovun qətlini araşdırmağa çağırıb


Nyu-Yorkda fəaliyyət göstərən jurnalistləri müdafiə komitəsi bəyan edib ki, Rusiya hakimiyyəti dağıstanlı jurnalist Hacımurad Kamalovun qətliylə bağlı obyektiv və hərtərəfli istintaq aparmalıdır.

Komitə jurnalistin ailəsi və yaxınlarına başsağlığı verib.

Bəyanatda Kamalovun 2003-cü ildə yaratdığı müstəqil həftəlik “Cernovik” qəzetinin

Dağıstanda korrupsiya, insan haqları pozuntusu və islam ifratçılığından yazan ən tanınmış müstəqil nəşrlərdən birinə çevrildiyi bildirilir.

Bəyanatda həmçinin son 11 il ərzində Rusiyada 20 jurnalist öldürüldüyü, bu qətllərdən
7-nin Şimali Qafqazda törədildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG