Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:52

MAQATE ilə Azərbaycan arasında müqavilə imzalanacaq


Azərbaycanla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) arasında sterilizasiya qurğusunun alınması üzrə müqavilə dekabrın 21-də imzalanacaq.

Bu barədə «APA»ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib.

Müqaviləni Azərbaycan tərəfdən AMEA prezidenti Mahmud Kərimov imzalayacaq. Bununla əlaqədar dekabrın 19-da M.Kərimovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Vyana şəhərinə yola düşəcək.

A.Qəribov deyib ki, dekabrın əvvəlində MAQATE Azərbaycanın sterilizasiya qurğusu alması ilə bağlı elan edilən tenderin qalibini açıqlayıb. Tenderdə 6 şirkət iştirak edib, Macarıstan şirkəti qalib seçilib. Qurğunun Azərbaycana 2012-ci ilin sonlarında gətiriləcəyi gözlənilir. O vaxta qədər isə Azərbaycanda qurğu üçün bina tikiləcək, kommunikasiyalar quraşdırılacaq.

Azərbaycanda sterilizasiya qurğusu üçün maliyyəni MAQATE, radioaktiv izotop mənbələrinin pulunu isə Azərbaycan tərəfi ödəyəcək.
XS
SM
MD
LG