Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:53
Misirin paytaxtı Qahirədə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş vermiş toqquşmalarda azı 9 nəfər ölüb, 300-ə yaxın adam isə yaralanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verir.

Toqquşmalara səbəb təhlükəsizlik qüvvələrinin Nazirlər Kabinetinin qarşısında keçirilən oturaq aksiyanı dağıtmaq istəməsi, aksiyaçılardan birini döyməsi olub.

Noyabr ayından bu yana Qahirədə bu cür toqquşmalarda azı 40 adam ölüb.

Aksiyaçılar hazırda ölkəni idarə edən hərbi hakimiyyətin istefasını, səlahiyyətlərin mülki hakimiyyətə verilməsini tələb edirlər.

Hazırda ölkədə parlament seçkiləri keçirilir.

Parlament seçkilərindən sonra prezident seçkisi keçiriləcək və ölkənin yeni konstitusiyası hazırlanacaq.

Misirə 30 il rəhbərlik etmiş Hosni Mubarak bu ilin fevral ayında xalq üsyanları nəticəsində istefa verib.

Şərhləri göstər

XS
SM
MD
LG