Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:18

Qazaxıstanda etiraz aksiyası dağıdılarkən azı 10 adam ölüb


Alma-Atının mərkəzində hakimiyyət əleyhinə aksiya keçirilib.

Bir neçə adamın saxlandığı xəbər verilir.

Aksiyaçılar ölkənin qərbindəki Janaozen şəhərində baş verənlərə etiraz bildiriblər.

Şəhərdə baş vermiş hərc-mərclik zamanı azı 10 adamın öldüyü, 75 mülki sakin və 6 polisin yaralandığı xəbər verilir.

Sosial şəbəkələrdə gedən məlumatlarda ölənlərin bundan çox olduğu bildirilir.

Toqquşma polis artıq 6 aydır ki, şəhərin mərkəzi meydanını zəpt etmiş kütləni dağıtmaq istəyərkən baş verib.

Onlar KazMunaiGaz dövlət neft şirkətinə məxsus Uzenmunaigaz firmasının işçiləridir.

Fəhllər maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hərc-mərcliyə səbəb tətil edən neftçilərin işdən azad edilməsi olub.

Şəhərə zirehli texnika yeridilib.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Daxili işlər naziri Kalmukhanber Kasymov vəziyyətin nəzarətə götürüldüyünü və

70-ə yaxın adamın saxlandığını deyir.

Ölkə müxalifəti baş verənlərin hərtərəfli və obyektiv araşdırılması üçün müstəqil komissiya yaradılmasını tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG