Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:06
Müdafiə Sənayesi Nazirliyi yaradıldığı qısa müddət ərzində ölkədə 42 istehsal sahəsi yaradılıb, istehsal olunan müdafiə təyinatlı məhsulların çeşidləri 658-ə çatdırılıb.

Bunu jurnalistlərə açıqlamasında Müdafiə Sənayesi naziri Yavər Camalov bildirib.

Camalov qeyd edib ki, il ərzində istehsal olunan müdafiə təyinatlı məhsullar 228 çeşid artıb.

Prezident İlham Əliyevin sərəncamı ilə 2005-ci ilin 16 dekabrında Müdafiə Sənayesi Nazirliyi yaradılıb.

PARTLAYICILAR İSTEHSAL EDƏN ZAVODLAR TİKİLƏCƏK

Azərbaycanda partlayıcılar istehsal edən zavodların tikintisi nəzərdə tutulur.

Y.Camalov bildirib ki, bu məsələ 2012-ci ildə qarşıda duran əsas prioritet məsələlərdən biridir.

«Bu layihələr barıt, trotil istehsal edən zavodların tikintisi, müxtəlif çaplı raketlərin, o cümlədən tank əleyhinə raket buraxılışı komplekslərinin yığım sahəsinin inşası və s.-dir», - nazir qeyd edib.

O əlavə edib ki, Müdafiə Sənayesi Nazirliyi 2012-ci ilin sonuna qədər 60 ədəd «Aerostar» və «Orbiter-2M» tipli pilotsuz uçuş aparatları təhvil verəcək. Hazırda bu istiqamətdə işlər aparılır. /Trend/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG