Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:15

Erdogan Sarkozy-yə müraciət edib ki, erməni soyqırımı haqda qanun layihəsinin qabağını alsın


Türkiyənin baş naziri Recep Tayyip Erdogan Fransa prezidenti Nicolas Sarkozy-yə müraciət edib ki,
keçən əsrin əvvəllərində Osmanlı Türkiyəsində ermənilərin kütləvi qırğınının soyqırımı olmasını danmağın Fransada cinayət hesab olunması haqda qanun layihəsinin qabağını alsın.

Anadolu agentliyinin məlumatına görə, Erdogan xəbərdarlıq edib ki, Fransa parlamenti bu qanun layihəsini qəbul etsə, bunun çox ciddi mənfi nəticələri olacaq.

Erməni tərəfi birinci dünya müharibəsində Osmanlı imperiyasının dağılması zamanı türklərin 1,5 milyon erməni öldürdüyünü iddia edir.
Türkiyə isə ölən ermənilərin 300 mindən 500 minə kimi olduğunu bildirir.

Fransa parlamentinin aşağı palatası yeni qanun layihəsini dekabrın 22-də müzakirəyə çıxaracaq.
Qanun layihəsi qəbul olunsa, erməni soyqırımını danmaq Holokostu danmaq kimi cinayət hesab olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG