Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:56

DİN: «Rafiq Tağının ailəsi lazımınca mühafizə olunur»


«Rafiq Tağının ailəsinin təhlükəsizliyinin təmin olunmaması barədə deyilənlər həqiqətə uyğun deyil. Bu barədə yayılan məlumatlar tərəfimizdən birmənalı şəkildə təkzib olunur».

Bunu AzadlıqRadiosuna Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib:

«Dekabrın 14-də Baş prokurorun birinci müavini Rüstəm Usubov və Daxili İşlər nazirinin müavini Vilayət Eyvazovun rəhbərliyi altında bu məsələ ilə bağlı əməliyyat müşavirəsi keçirilib. Qətlin üstünün açılması üçün yaradılmış istintaq əməliyyat qrupunun hesabatı dinlənilib, bu yöndə istintaq hərəkətləri və əməliyyat axtarış tədbirlərinin daha da gücləndirilməsi üçün konkret tapşırıq və göstərişlər verilib. Müşavirədə həmçinin Rafiq Tağının ailəsinin qorunması üçün də müvafiq tapşırıqlar verilib».

Rafiq Tağının ailəsi polis tərəfindən mühafizəni hiss etmədiyini deyir. Orxan Mansurzadə isə bildirir ki, mühafizə spesifik məsələdir. Bu işdə onun hansı növünün seçilməsi, yaxud bu barədə təfsilatı ilə danışmaq, onu ictimai müzakirəyə çıxartmaq məqsədəuyğun deyil. Çünki bu, onların təhlükəsizliyinin təminatı ilə bağlı məsələdir və Baş Prokurorluqla Daxili İşlər Nazirliyi rəhbərliklərinin nəzarətindədir.

Noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan Rafiq Tağıya naməlum şəxs çoxsaylı bıçaq xəsarətləri yetirib. Yazıçı noyabrın 23-də xəstəxanada vəfat edib. Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq davam edir, saxlanan yoxdur
XS
SM
MD
LG