Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:25
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 637 kq qızıl hasil edilib ki, bu da 2010-cu ilin eyni dövrünə nisbətən 11.8% azdır.

Bu haqda Dövlət Statistika Komitəsi məlumat verir.

Bununla yanaşı, hesabat dövründə ölkədə 1 122 kq gümüş hasil edilib. Bu da ötən ilin yanvar-noyabr aylarına nisbətən 3% azdır.

Cari ilin dekabr ayının 1-nə Azərbaycanda qızılın hazır məhsul ehtiyatı 32 kq, gümüşün isə 25 kq olub.

Ümumiyyətlə, 2011-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 759 kq qiymətli metal filizləri və konsentratlar hasil olunub ki, bu da 2010-cu ilin analoji dövrü ilə müqayisədə 8.5% azdır.

Azərbaycanda qızıl ehtiyatları ölkədə hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır. Ümumilikdə, ayın əvvəlində Azərbaycan Mərkəzi Bankında saxlancda olan Azərbaycana məxsus qızılın miqdarı 513.6 kq-a çatdırılıb. Onun hazırkı bazar dəyəri 28.4 mln. ABŞ dolları təşkil edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG