Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:56

Misirdə alkoqol və bikini davası gedir


Misirdə turistlər bu cür geyimdə çimməli olacaq

Misirdə turistlər bu cür geyimdə çimməli olacaq

Qahirədə “halal turizmə” qarşı yürüşlər başlayıb

Misirdə islamçıların hakimiyyətə gəlməsi, ölkənin turizm potensialına mənfi təsir göstərə bilər. Hazırda ölkə ictimaiyyətində bu məsələ ilə bağlı ciddi müzakirələr gedir.

“Frans Press” Agentliyi yazır ki, Əl-Nur Partiyasının üzvləri olan sələfilər bəyan edirlər ki, Misirdə yalnız halal turizm mövcud olmalıdır. Konkret olaraq, otellərdə içki verilməməli, qadınlar çimərlikdə bikinidə gəzməməlidir.

Dn xadimi Yasser Burhami deyib ki, beş ulduzu otellərdə də alkoqol verilməməlidir. Burda qadınlar yalnız kişilərdən ayrılıqda İslam qayda-qanunlarına uyğun olaraq dincələ bilərlər:

“Turistlər bikinidə gəzib bizim gəncləri yoldan çıxarmamaıldırlar”.

Əl-Nur Partiyasının sözçüsü Nader Bakkar isə turizmi qadağan etmək niyyətlərinin olmadığını bildirib:

“Əksinə, biz turizmdən gələn gəlirin artmasını arzulayırıq”.

Gəliri turizmdən çıxan 30 yaşlı İmed isə indi demək olar işsiz qalıb. O, turistləri dəvədə gəzdirməklə pul qazanırmış. Düzdür, hələlik Misirdəki otellərdə içki və bikiniyə qadağa qoyulmayıb. Amma son hadisələr, yerli siyasilərin çıxışları Misirə gələnlərin sayına təsir göstərib.

“Frans Press”ə müsahibə verən digər Qahirə sakini, İbrahim Məhəmməd də suvenirlər mağazasına gəlib-gedən olmadığından şikayətlənib:

“Sələfilər çox radikaldılar. 30 il idi görünmürdürlər, indi birdən-birə ortaya çıxıb turizmi qadağan etmək istəyirlər”.

İbrahim Məhəmməd deyib ki, indi Misirə gələn turistlər küçələrdə tək gəzmir, mağazalara baxmağa ürək etmirlər. Onlar əsasən piramidalara baxır və vaxtlarını oteldə keçirirlər. Ona görə də turistlərə hesablanmış bu cür bizneslər ziyan çəkir.

Misirdə ÜDM-in 10 faizi turizm sektorunun payına düşür. Ötən həftə turizm sektorunda işləyən 1000-ə yaxın insan “halal turizmə” qarşı yürüş keçirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG