Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:52

Rusiya Suriyada zorakılığın qarşısını almaq üçün layihə hazırlayıb


Rusiya Suriyada iğtişaşların qarşısını almaq üçün BMT-nin Təhlükəsizlik Şurasına yeni layihə təqdim edib. Qərb ölkələrinin təmsilçiləri hesab edirlər ki, rəsmi Moskvanın təklifləri Suriya hökumətinə təzyiq göstərmək baxımından heç də kəskin deyil. Onlar Moskva ilə Təhlükəsizlik Şurasının əvvəlki qərarını dəstəkləmək üçün danışıqlar aparırlar. Rusiyanın BMT-dəki səfiri Vitaly Churkin deyib ki, onların təklifləri Suriyada zorakılığı dayandıracaq. Təkliflərdə sanksiyalar nəzərdə tutulmur.

ABŞ dövlət katibi Hillary Clinton isə deyib ki, onlar yekdil qətnamə əldə etmək üçün Rusiya ilə işləyəcəklər:

- Ümidvaram ki, biz ən əvvəl bu işin Təhlükəsizlik Şurasına getməli olduğunu bilən Rusiya ilə işləyəcəyik. Sadəcə, biz fərqli baxışlara sahibik, amma ümid edirəm ki, onlarla işləyə biləcəyik.
XS
SM
MD
LG