Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:47

Ölkədə qeyri-leqal mühacirlər arasında türkiyəlilər daha çoxdur


“Azərbaycan Dövlət Miqrasiya Xidmətinə müvəqqəti və daimi qeydiyyatla bağlı daha çox müraciət edənlər Türkiyə vətəndaşlarıdır. Müraciətin edilməsi yaxşı haldır. Lakin ölkədə olan qeyri-leqal emiqrantların arasında Türkiyə vətəndaşlarının sayı daha çoxdur”. APA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Arzu Rəhimov deyib:

“Ümumiyyətlə, qanunsuz miqrant sayından danışsaq, onu deyə bilərik ki, hansı ölkədən daha çox miqrant daxil olursa, həmin ölkədən olan qeyri-leqal emiqrantların sayı daha çox olur”.


DMX sədri, həmçinin bu gün Azərbaycanda Rusiya, Gürcüstan, İran, Ukrayna, Pakistan, Özbəkistan, Böyük Britaniya, ABŞ-dan olan emiqrantların da çoxluq təşkil etdiyini açıqlayıb.

Onun sözlərinə görə, hazırda ən narahatedici vəziyyət Çin və Pakistandan olan emiqrattlarla bağlıdır: “Azərbaycanda daha çox qanunsuz emiqrantlar bu ölkələrdən olan şəxslərdir. Onlar aşkarlanır və bununla bağlı müvafiq qərarlar qəbul olunur”.
XS
SM
MD
LG