Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:27

Prokuror “Hicaba azadlıq” aksiyaçılarına 3-5 illik azadlıqdan məhrum etmə cəzası istəyib


“Hicaba azadlıq” aksiyasına görə həbs olunmuş ilahiyyatçı Taleh Bağırovun və Elşən Abbasovun işi üzrə dekabrın 16-da keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza verilməsi təklifini irəli sürüb.

Vəkil Anar Qasımlı “Media forum” saytına bildirib ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib və məhkəməyə T.Bağırovun 5 il, E.Abbasovun 3 il müddətində azadlıqdan məhrum edilməsi haqda qərar çıxarılmasını təklif edib.

Prosesdə vəkillər də çıxış ediblər. A.Qasımlı hesab edir ki, təqsirləndirilən şəxslərə verilməsi üçün təklif olunan cəzalar əsassızdır: “Lakin biz təqsirləndirilən şəxslərə belə ağır cəza tələb olunacağını gözləyirdik. Ona görə də prokurorun çıxışı bizim üçün gözlənilməz olmadı. Hər iki şəxsə bəraət verilməsi və azadlığa buraxılması üçün kifayət qədər əsas var.
Amma prokuror təqdim olunan dəlil-sübutlara qiymət vermək əvəzinə məsələnin istintaq materiallarında necə yazılmasından danışdı”.

Prosesdə hakim təqsirləndirilən şəxslərə son söz söyləməyi təklif edib. Onlar isə çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər.

Proses dekabrın 23-də təqsirləndirilən şəxslərin son söz deməsi ilə davam edəcək. Həmin gün hakimin hökmü elan edəcəyi gözlənilir.

“Hicaba azadlıq” aksiyası bu il mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilib. Aksiyaya görə 15 nəfər həbs olunub. Artıq 13 nəfər barəsində məhkəmə qərarı çıxarılıb.
Taleh Bağırov Cinayət Məcəlləsinin 221.2-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə, Elşən Abbasov isə 233-cü maddə ilə ittiham olunur.
XS
SM
MD
LG