Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:39

Dövlət Sərhəd Xidməti bu il 200 qeyri-leqal miqrant saxlayıb


Bu il Azərbaycanda Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 200-dən çox qeyri-leqal miqrant saxlanılıb.

Bunu DSX-nın şöbə rəisi Azad Qasımov Dövlət Miqrasiya Xidmətində (DMX) 18 dekabr – Beynəlxalq Miqrant Günü ilə əlaqədar keçirilən dəyirmi masada deyib.

Saxlanılan miqrantlar Avropa, Asiya və Afrika qitələrindən olan şəxslərdir: «Qeyri-leqal miqrantlar saxta vizalardan, pasportlardan istifadə etməklə dövlət sərhədini keçməyə cəhd edirlər. Hava limanının tranzit sektorunda da bu hallar intensivləşib. Belə ki, 15 Əfqanıstan vətəndaşı Avropa ölkələrinin saxtalaşdırılmış pasportları ilə hava limanının tranzit sektorundan keçməyə cəhd edərkən saxlanılıb. Onlarda saxta İspaniya pasportu aşkarlanıb. Dünən saxlanılan Əfqanıstan vətəndaşında isə saxta Portuqaliya pasportu olub». /apa/
XS
SM
MD
LG