Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:19

Rusiya Dünya Ticarət Təşkilatının üzvü olur


18 illik danışıqlardan sonra Dünya Ticarət Təşkilatı Rusiyanı qəbul etməyə hazırlaşır. Rusiya Təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin Cenevrədə keçirilən görüşündə rəsmi qoşulmaq təklifi alıb.

Rusiya 1993-cü ildən bu quruma üzv olmağa cəhd göstərir. Gürcüstan Rusiya ilə münasibətlərinin gərginləşdiyinə görə bu ölkənin əleyhinə səs verib. Yeni üzv qəbulunda üzv ölkələrin hamısının müsbət rəyi vacibdir.

Ancaq hələlik üzvlük qüvvəyə minməyəcək, çünki Dövlət Dumasının bu qərarı ratifikasiya etməsi gərəkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG