Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:35

Rus qoşunu Azərbaycan sərhədində, Avropadan hakimiyyətə «zərbə»…


Mətbuat icmalı

Mətbuat icmalı

«Yeni Müsavat» qəzeti yazır ki, Rusiya Azərbaycan sərhədlərindəki qoşunlarına hazırlıq əmri verib. Ermənistandakı 102-ci hərbi baza, Dağıstandakı raket bazası, Xəzər donanması yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Rusiyada nəşr olunan «Nezavisimaya qazeta» bu addımı tezliklə İrana qarşı başlanacaq hərbi əməliyyatlarla izah edir. «Yeni Müsavat» isə hesab edir ki, Moskva regionda ara qarışsa, Qarabağda da müharibə başlayacağından ehtiyatlandığı üçün orduya bu əmri verib.

«Yeni Azərbaycan» qəzeti qeyd edir ki, Avropa Şurası Dağlıq Qarabağ probleminin ədalətli həllində maraqlıdır. Qurum Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu barədə AŞPA-nın hüquqi işlər və insan hüquqları komitəsinin yaxınlarda keçirilən iclasında bildirilib.

«Avropadan Azərbaycan hakimiyyətinə zərbə». «Azadlıq» qəzeti yazır ki, Avropa Parlamenti yazıçı-publisist Rafiq Tağının qətlini və AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçi Kristof Ştrasserin ölkəyə buraxılmamasını pisləyən qətnamə qəbul edib. Sənəddə Azərbaycan hökumətinin bu qətli aydın şəkildə qınamamasından və ictimaiyyəti istintaqın gedişi barədə dolğun məlumatlandırmamasından məyusluq ifadə olunur.

«Azərbaycan» qəzeti yazır ki, «Dövlət Qarabağ əlilləri və şəhid ailələrinin problemlərinin həllini daim diqqətdə saxlayır». Qəbələ rayonunda bu kateqoriyaya aid ailələr üçün tikilmiş 4-mərtəbəli, 36 mənzilli bina istifadəyə verilib: «Respublikanın ayrı-ayrı regionlarının sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarının icrası özünü bütün sahələrdə göstərməkdədir. Bu mənada ölkənin Şimal-Qərb regionu da istisna deyil».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG