Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:37

Azərbaycan Rusiyaya qaz ixracını artırır


Rusiyanın «Qazprom» şirkəti Azərbaycandan aldığı təbii qazın həcmini 1.5 dəfə artırmaq niyyətindədir.

Şirkət Azərbaycandan builki 2 mlrd. kubmetrə qarşı 2012-ci ildə 3 mlrd. kubmetr qaz almağı planlaşdırır.

«Qazprom»un yaydığı məlumata görə, bununla bağlı razılıq dekabrın 15-də «Qazprom» rəhbəri Aleksey Millerlə ARDNŞ prezidenti Rövnəq Abdullayev arasında keçirilən görüşdə əldə edilib.

Azərbaycan qazının alqı-satqısı barədə müqavilə «Qazprom» ilə ARDNŞ arasında 2009-cu il oktyabrın 14-də imzalanıb. Müqavilə sonradan uzadılma imkanı ilə 2010-2015-ci illəri əhatə edir. 2010-cu ilin yanvarında Rusiyaya Azərbaycan qazının nəqlinə başlanıb və həmin il Rusiyaya 799.75 mln. kubmetr qaz nəql edilib.

Cari ildə isə bu rəqəmin 2 mlrd. kubmetrə çatdırılması planlaşdırılır. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG