Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:13

Zorlandığı üçün həbsə atıldı, indi onu zorlayana ərə getmək istəyir


Şərti adı Gulnaz olan əfqan qadın indi hökumətin gizli sığınacağında qızı ilə birgə yaşayır. 12 dekabr 2011

Şərti adı Gulnaz olan əfqan qadın indi hökumətin gizli sığınacağında qızı ilə birgə yaşayır. 12 dekabr 2011

-
HƏM ZORLANDI, HƏM DƏ HƏBSƏ ATILDI


Əfqanıstanda şərti adı Gulnaz olan 21 yaşlı qız 2009-cu ildə evli olan yaxın qohumlarından biri tərəfindən zorlanıb. Amma sən demə, bu ölkədə zorlanan qadın qurban deyil, həm də cinayətkar imiş.

Yerli qanunlara görə bu ölkədə evlilikdən kənar cinsi əlaqə - hətta bu, zorlama yolu ilə olsa belə - “mənəvi cinayətlər” kimi cəzalandırılır.

AzadlıqRadiosunun əfqan xidməti məlumat verir ki, Gulnaz da həmin “mənəvi cinayətlər”dən birini törətmiş adam kimi iki il müddətinə azadlıqdan məhrum edilib.

PREZİDENT ƏFV ETDİ, AMMA EV DUSTAĞI KİMİ QALDI

Zorlanan gənc qız həbsxanada bir qız uşağı dünyaya gətirib. “Zorla xəyanət” ittihamı ilə həbsə atılmış əfqan qadın beynəlxalq etirazlardan sonra dekabrın 1-də prezidentin fərmanı ilə əfv edilib. Amma buna baxmayaraq, yenə iki həftə həbsdə qalmalı olub.
Çünki məhkəmə rəsmiləri Gulnaza onu zorlayan şəxslə ailə qurmağı məsləhət görüb.

Əfqanıstanda hesab edirlər ki, Gulnaz təcili ərə getmədən, beləcə azadlığa buraxılsa, onu özünün ailə üzvləri namus üstündə öldürə bilərlər. Buna görə Gulnaz dekabrın 13-də paytaxt Kabulda hökumətin gizli evlərindən birində yaşayır.

ÇARƏNİ ONU ZORLAYANA ƏRƏ GETMƏKDƏ GÖRÜR

Gulnaz AzadlıqRadiosunun əməkdaşlarına deyib ki, o, özü də onu zorlayana ərə getməyi arzulayır. Çünki uşağının yetim böyüməsini istəmir:

- Mən onunla evlənmək istəyirəm, nə olub-olub. İstəyirəm ki, qızımın atası olsun. Onun heç bir gələcəyi olmayan bir yetim olmasını istəmirəm. Zorlayan adam da həbsdədir. O, 15 il müddətinə azadlıqdan məhrum edilib. Sonra cəzasını 12 ilə endiriblər. Onun da azad edilməsini və evlənməyimizə şərait yaradılmasını istəyirəm. Mən güzəştə getmək istəyirəm, düşmənçilik istəmirəm.

QIZI ZORLAYAN HƏBSƏ ATILIB, İNDİ GULNAZ ONUN DA BURAXILMASINI XAHİŞ EDİR

Gulnaz düşünür ki, əgər həmin adamla evlənsələr, ailəsi də onu qəbul edərdi. Prezident Hamid Karzaidən xahiş edir ki, onu zorlayan adamı da əfv etsin. Bildirir ki, özü və körpəsi tez-tez xəstələnir, himayədə yaşamaq istəyir.

Gulnaz həm də xahiş edir ki, hökumət onu zorlayan adamı azad etsin, sonra da həmin adamla qardaşları arasında sənəd imzalansın ki, gələcəkdə ona heç nə etməyəcəklər.

Gulnaz qardaşları onu namus üstündə öldürər deyə hökumətin gizli evində saxlanması barədə deyilənləri də inkar edir. Bildirir ki, qardaşları artıq qəbul etməsə də onlardan həyatına təhlükə yoxdur. Ona görə ona hücum edən adama ərə getmək istəyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG