Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:21

Putin Medvedevin işdən qovduğu naziri özünün dostu adlandırıb


Putin canlı yayımda vətəndaşların suallarına cavab verib
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00
Direct-ə keçid

Dekabrın 15-də Rusiyanın Baş naziri Vladimir Putin televiziya ilə canlı yayımda vətəndaşların suallarına cavab verib. Putin ildə bir dəfə vətəndaşlarla bu cür təmasa girir. Bugünkü sual-cavabda Putin son parlament seçkisinin nəticələrinin ictimai rəyi əks

-

"BİRCƏ GÜN DƏ VƏZİFƏDƏ QALMARAM, ƏGƏR..."

Dekabrın 15-də Rusiyanın Baş naziri Vladimir Putin televiziya ilə canlı yayımda vətəndaşların suallarına cavab verib. Putin ildə bir dəfə vətəndaşlarla bu cür təmasa girir.

Bugünkü sual-cavabda Putin son parlament seçkisinin nəticələrinin ictimai rəyi əks etdirdiyini bildirib: “Əgər mən ictimai dəstəyi hiss etməsəm – həm də bu dəstəyin olmadığı internet səhifələrində, küçələrdə ifadə olunmamalıdır, demokratik seçki nəticəsində görünməlidir – bircə gün də vəzifədə qalmaram.”

ABŞ SENATORUNA AĞIR İTTİHAMLAR

ABŞ senatoru John McCain-in Putini Qaddafi ilə əlaqələdirməsi barədə suala cavabında Rusiyanın Baş naziri deyib: “Bunu mənim haqqımda deyil, ümumiyyətlə, Rusiya barədə deyib. Bəzi adamlar Rusiyanı özlərinin qlobal hökmranlıq yollarının üstündən kənara qoymağa çalışırlar. Onlar hələ də bizim nüvə imkanlarımızdan narahatdırlar. Yəni, hələ də Rusiya bəzilərini qəzəbləndirir.

Siz bilirsiz ki, cənab McCain Vyetnam müharibəsində döyüşüb. Məncə onun əli dinc vətəndaşların qanına batıb. Görünür, Qaddafinin öldürülməsi kimi dəhşətli səhnələri görmədən də yaşaya bilmir.”

Baş nazir qeyd edib ki, onlar ABŞ-ı tərəfdaş kimi görmək istəyirlər. Amma bəzən ona elə gəlir ki, Vaşinqtona tərəfdaş yox, vassal lazımdır.

PUTİN MEDVEDEVİN QOVDUĞU NAZİRİ DOSTUM ADLANDIRIR

Vladimir Putin suallara cavabında həmçinin prezident Dmitry Medvedevin vəzifədən çıxartıdğı keçmiş maliyyə naziri Aleksei Kudrinin məsələsinə toxunub. Putin prezidentin işdən qovduğu şəxsi dostu adlandırıb:

- Aleksei Kudrin heç vaxt mənim komandamı tərk etməyib. O, mənim çoxdankı yol yoldaşımdır. Hətta, deyədrim ki, dostumdur. Kudrinlə bəzi məsələlərdə fikir ayrılıqlarımız var. Amma ümumiyyətlə, məncə, Kudrin kimi qlobal, strateji düşünən adamlar indi də, gələcəkdə də hökumətə lazımdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG