Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:48

Təzəxan Mirələmli polis şöbəsindən buraxılıb


AXCP Cəlilabad rayon təşkilatının sədri, dekabrın 15-də Lənkəran Ağır Cinayətlər Məhkəməsindən tutularaq Lənkəran Liman Polis Bölməsinə aparılmış Təzəxan Mirələmli bölmədən buraxılıb. Təzəxan Mirələmli AzadlıqRadiosuna deyib ki, polis bölməsində ondan, şahid qismində polis bölməsinin bağbanından və digər iki polis əməkdaşından izahat alınıb:
“Həmin polis işçiləri izahatlarında yazdılar ki, guya mən onlardan birinin paqonunu sökmüşəm”.
Mirələmlinin sözlərinə görə, izahatı alınandan sonra ona dekabrın 16-da səhər saatlarında yenidən polis bölməsinə gəlməsi tapşırılıb və o, bölmədən buraxılıb.
Təzəxan Mirələmli Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsinə görə mühakiməsi başlamış azyaşlı oğlu Vasif Mirələmli ilə nümayəndəsi kimi görüş tələb etdiyinə görə məhkəmə işçiləri ilə onun arasında mübahisə yaranıb. O, polisə aparılıb.
XS
SM
MD
LG