Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:47

Moskva avrozonaya yardım təklif edib


Avropa Birliyi Rusiyada keçirilmiş Duma seçkilərində qanun pozuntuları və saxtakarlıqlarla bağlı məlumatlardan narahatdır.

Avropa Şurasının prezidenti Herman Van Rompuy Brüsseldə Avropa Birliyi-Rusiya sammitindən sonra çıxış edərkən, həmçinin bu etiraz aksiyaları zamanı saxlananların taleyindən narahat olduqlarını bildirib.

Rusiya prezidenti Dimitri Medvedev isə ölkəsinin avrozonadakı borc böhranının aradan qaldırılmasına kömək etməyə hazır olduğunu bildirib.

Amma o konkret məbləğ göstərməyib.

Məlumatlara görə Moskva bu məqsədə azı 10 milyard dollar vəsait ayıracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG