Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:10

Putin Xodorkovskinin əfv məsələsinə baxa bilər


Rusiyanın baş naziri Vladimir Putin deyib ki, 2012-ci ildə yenidən prezident seçilsə,YUKOSUN keçmiş rəhbəri Xodorkovskinin əfv məsələsinə baxa bilər, amma əlbəttə belə bir müraciət olunsa.

Putun bunu teleradio ilə vətəndaşlara illik müraciətindən sonra jurnalistlərə açıqlamasında deyib.

O həmçinin qeyd edib ki, bu günlərdə hakim partiyanın Duma seçkilərində qazandığı göstəricilər, onun prezident seçiləcəyi halda Medvedevin baş nazirliyə namizədliyini irəli sürməsinə imkan verir.

Vladimir Putin həmçinin qeyd edib ki, prezident Dimitri Medvedevlə qubernatorların təyin edilməsilə bağlı yeni qaydaları müzakirə edib.

Baş nazir bundan əvvəl birbaşa efirdə yenidən qubernator seçkilərinə dönməyin mümkünlüyünü istisna etməyib.

Amma o qeyd edib ki, proses prezidentin nəzarəti altında olmalıdır.
XS
SM
MD
LG