Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:34

İraq müharibəsi bu gün rəsmi başa çatıb


İraq müharibəsi bu gün rəsmi başa çatıb, Bağdaddakı hərbi qərərgahda ABŞ bayrağı aşağı salınıb.

Mərasimdə ABŞ müdafiə naziri Leon Panetta, İraqdakı ABŞ qüvvələrinin baş komandanı general Lloyd Austin və ABŞ-ın İraqdakı səfiri James Jeffrey və İraq rəsmiləri iştirak ediblər.

Leon Panetta mərasimdə çıxış edərkən deyib ki, ABŞ həmişə İraq xalqının yanında olacaq,ölkə quruculuğunda ona kömək edəcək.

İraq müharibəsində təxminən 4 500 ABŞ əsgəri və 100 mindən çox iraqlı ölüb.

Bu müharibə təxminən 1 trilyon dollara başa gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG