Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:59

Çinin böyüdüyü bir vaxtda ABŞ-ın yeni strategiyası


Zbigniew Brzezinski - The Wall Street Journal

Böyük dövlət əgər ancaq bu günün problemləri ilə məşğul olsa, sonda özünü dünənin münaqişələri içində görür. Ona görə də böyük dövlət daha uzaqgörən strategiya ilə hərəkət etməlidir.

ABŞ üçün növbəti bir neçə onillik ərzində əsas məsələ özünü yenidən canlandırmaq, bu zaman Qərbin genişlənməsini təşviq etmək və Çinin artan qlobal statusuna uyğunlaşmaq məsələləri olacaq. Şimali Amerika və Avropadan tutmuş bütün Avrasiya boyunca, Yaponiya və Cənubi Koreyaya qədər uzanan və təbii ki, Rusiya və Türkiyəni də əhatə edən daha böyük Qərbin əsas prinsiplərinin başqa mədəniyyətlərə tətbiqini gücləndirəcək. Bu da universal demokratik - siyasi mədəniyyətin tədricən formalaşmasını təşviq edəcək.

EYNİ ZAMANDA ABŞ ŞƏRQLƏ DƏ İŞLƏMƏYİ DAVAM ETDİRMƏLİDİ

Əgər ABŞ və Çin bir çox məsələdə bir-birini razı sala bilsə, Asiyada sabitlik perspektivi xeyli artacaq. Bunun baş verməsi o halda daha real olacaq ki, ABŞ Çin və Yaponiyanı səmimi barışığa həvəsləndirə, Çin və Hindistan arasındakı artan rəqabəti yumşalda biləcək.

Avrasiyanın həm Qərbində, həm də Şərqində effektiv fəaliyyət göstərə bilmək üçün ABŞ dünyaya ilk növbədə özünü islah etmə niyyətini göstərməlidir. Amerikanlar vurğunu daha çox dövlətin daha incə dəyərləri olan innovasiya və təhsilə vurmalıdırlar. Yeniləşən Qərbin təminatçısı olmaq üçün ABŞ Avropa ilə sıx əlaqələr saxlamalı, NATO ilə bağlı öhdəliklərini davam etdirməli, Türkiyə və həqiqətən demokratikləşmiş Rusiyanın Qərbə yolunu açmalıdır.

O həmçinin Avropa Birliyini də daha dərin birliyə həvəsləndirməlidir. Fransa, Almaniya və Böyük Britaniya ilə sıx əməkdaşlıq etməli və əlaqələri daha genişləndirməlidir.

Zbigniew Brzezinski
Zbigniew Brzezinski
2025-ci ildən sonra Qərbin daha geniş formatını təsəvvür etmək utopiya deyil. Növbəti bir neçə onillikdə Rusiyada Avropa Birliyi və NATO standartlarına uyğun hərtərəfli demokratik dəyişikliklər baş verə bilər. Hazırda Rusiyadakı nümayişlər bu ölkədə gənc, orta təbəqənin yarandığını göstərir. Bu təbəqə getdikcə daha çox beynəlmiləlçidir və vətəndaş hüquqlarından kifayət qədər məlumatlıdır.

ÖZ NÖVBƏSİNDƏ TÜRKİYƏ DƏ AVROPA BİRLİYİNİN TAM HÜQUQLU ÜZVÜ OLMALIDIR

Yalnız bu halda bu iki ölkə transatlantika cəmiyyəti ilə inteqrasiya yoluna qədəm qoyacaq.

Əgər ABŞ genişlənmiş Qərbin yaranmasına nail ola bilməsə, bu pis nəticələrlə nəticələnə bilər. Misal üçün, Rusiya öz enerji ehtiyatlarından istifadə edərək Ukraynanı uda və özünün imperiya ambisiyalarını yenidən canlandıra bilər. Avropa Birliyi passiv qalsa, bəzi Avropa dövlətləri, məsələn, Almaniya, ya da İtaliya öz iqtisadi maraqlarından çıxış edərək Rusiya ilə dil tapmağa çalışar, Fransa və Böyük Britaniya bir-birlərinə daha da yaxınlaşar, Polşa və Baltik ölkələri çarəsiz şəkildə ABŞ-dan əlavə təhlükəsizlik təminatları xahiş edərlər. Nəticə Qərb üçün çox pessimist olar.

ABŞ-ın Asiyadakı rolu regional tarazlayıcı və barışdırıcı xarakter daşımalıdır. Təqribən Böyük Britaniyanın 19-cu əsrdə və 20-ci əsrin əvvəllərində Avropa siyasətində oynadığı rola bənzər bir rol.

ABŞ Asiya dövlətlərini regional dominantlıq uğrunda mübarizədən çəkindirmək üçün onlara kömək etməlidir. O bunu münaqişələrdə vasitəçilik etmək və potensial rəqiblər arasında tarazlığı saxlamaq yolu ilə etməlidir. Bunu edərkən ABŞ Uzaq Şərqdə sabitliyin saxlanmasına, Çinin xüsusi tarixi və geosiyasi roluna hörmət etməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG