Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:20

Elmar Məmmədyarov İsrail Xarici İşlər Nazirliyinin baş katibi ilə görüşüb


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İsrail Xarici İşlər Nazirliyinin baş katibi Rafael Barak'ın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İsrail rəsmisi Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi münasibətilə E.Məmmədyarova təbriklərini çatdırıb.

R.Barak iki ölkə arasında diplomatik münasibətlərin 20 il öncəyə söykəndiyini bildirərək, əlaqələrin dinamik şəkildə inkişaf etdiyini deyib.

Görüşdə Yaxın Şərq və Cənubi Qafqazda cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG