Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:01

Türk şairin məzarını dağıtmaqda şübhəli bilinən 2 nəfər saxlandı


Can Yücelin məzarı
Can Yücelin məzarı
Ünlü türk şairi Can Yücelin məzarının dağıdılmasında şübhəli bilinən 2 nəfər saxlanıb.

Adları açıqlanmayan həmin şəxslər əmi-qardaşoğludur.

Polisdə ifadələri alındıqdan sonra onlar sərbəst buraxılıblar.

Amma ictimaiyyətə onlara qarşı ittiham irəli sürülüb-sürülmədiyi haqda məlumat verilmir.

Vandalizm aktı bu il avqustun 19-da törədilmişdi.

Bundan bir həftə qabaq isə şairin məzarı başında onun ölümünün 12 illiyi ilə bağlı qeyri-adi anım mərasimi təşkil edilmişdi.

Onun yaradıcılığının heyranı olan bir qrup şəxs içki məclisi qurmuş, məzarın üzərindəki oyuğa şərab tökmüşdü.

Deyilənə görə, məzarına şərab tökülməsini şairin özü vəsiyyət edib.

Amma onun bəzi yaxınları bunu təkzib edir.

Türk mətbuatının istinad etdiyi qeyri-rəsmi məlumata görə, əmi-qardaşoğlu Can Yücelin məzarı ətrafında qurulan məclisdən rahatsız olublar. Çünki onların əzizlərinin məzarı şairin qəbrinin yanındadır.

Amma polis hələ ki heç bir açıqlama verməyib.

Can Yücelin məzarı Muğla valililiyinin Datça ilçesindədir.

Bu arada Barış ve Demokratiya Partiyasının yerli özəyi və özlərini “Halkların Demokratik Kongresi” adlandıran 20-yə yaxın şəxs şairin artıq bərpa edilmiş qəbrini ziyarət ediblər.

Onlar məzar başında mətbuata verdikləri açıqlamada yerli məmurları vandalizm aktının motivləri ilə bağlı ictimaiyyətə geniş məlumat verilməsinə çağırıblar.

Qrup həm də digər siyasi partiyaların yerli bölümlərini onların təşəbbüsünə qoşulmağa çağırıb.

oxuzalı.az
XS
SM
MD
LG