Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:21

Keçmiş Fransa prezidenti 2 il şərti azadlıqdan məhrum edildi


Jacques Chirac Yelisey sarayını tərk edir, 16 may 2007
Jacques Chirac Yelisey sarayını tərk edir, 16 may 2007

Dekabrın 15-də Parisdə məhkəmə Fransanın keçmiş prezidenti Jacques Chirac-ın 2 il müddətinə şərti azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Chirac hələ paytaxt Parisin meri olarkən vəsaitləri israf etməkdə vəzifədən sui-istifadə etməkdə ittiham olunur.

Bu, İkinci Dünya müharibəsindən bəri Fransada bir keçmiş dövlət başçısının azadlıqdan məhrum edildiyi ilk hadisədir.

Xəstə olduğundan 79 yaşlı keçmiş prezidentin özü bugünkü məhkəmə iclasında iştirak edə bilməyib.

Jacques Chirac 1977-1995-ci illərdə 18 il Parisin meri olub.

İttihama görə Chirac başqa doqquz işçisi ilə birlikdə meriyada 30-a yaxın saxta iş yeri yaradıb. Həmin iş yerlərinə ayrılan pulları isə özünün siyasi kampaniyasında istifadə edib.
XS
SM
MD
LG