Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:30

Dünyada neft, qızıl, avronun və səhmlər ucuzlaşıb


Avropada debitor borclar üzündən səhmlərin, neftin, qızılın və avronun qiyməti düşüb. Bu il yanvar ayından bəri ilk dəfə olaraq avro dollara qarşı ucuzlaşıb.

Fond birjalarında Dow Jones indeksi 1 faizdən artıq enib, Almaniya və Fransa indexsləri isə 3 faizədək azalıb.

Son iki ayda ilk dəfə olaraq, ABŞ bazarlarında qızılın bir unsiyası 1600 dollardan aşağı düşüb, təxminən 4 faiz uzuclaşma olub. Neft isə 5 faizədək ucuzlaşıb.

Məlumatlara görə, enməyə səbəb Avropa Birliyi liderlərinin hələ də debitor borcları həll edə bilməməsidir.
XS
SM
MD
LG