Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:45

Bu gün ABŞ İraqda bayrağını endirir


Bu gün ABŞ hərbi qüvvələri 9 ildən sonra İraqda bayraqlarını endirəcəklər. ABŞ-ın sonuncu qoşunu da artıq bu ölkəni tərk edir. Amerika hərbçiləri İraqın keçmiş rəhbəri Saddam Husseini devirmək üçün ölkəyə girmişdilər.

Bu gün bu məqsədlə mərasim düzənlənib.

Dekabrın 14-də isə ABŞ prezidenti Barack Obama İraqı tərk edəcək sonuncu ABŞ qoşununun bəzi üzvlərini ölkəsində salamlayıb. O, bunu 9 illik müharibənin sona çatmasının simvolu kimi qiymətləndirib.


İraqda 4500-dən çox amerikalı hərbçisi həlak olub. Obama deyib ki, müharibənin qiyməti 1 trilyon dollardan çox olub.

Barack Obama 2008-ci ildə prezident seçkiləri zamanı vəd vermişdi ki, Oraq müharibəsini sona çatdıracaq.
XS
SM
MD
LG