Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:45

Banka qoyulan 30 min manatı mənimsəyiblər


Bakı sakini Oqtay Cəfərovun «Royalbank»a depozit yolu ilə qoyduğu 30 min manat pul saxta imzalarla mənimsənilib.

Baş Prokurorluq bu haqda dekabrın 15-də məlumat yayıb.

Mənimsəmə faktı pulunu geri ala bilməyən O.Cəfərovun Yasamal rayon Məhkəməsinə müraciətindən sonra üzə çıxıb.

Məlumatda qeyd olunur ki, həmin pul 2009-2010-cu illərdə bankın Yasamal filialının keçmiş vəzifəli şəxsləri tərəfindən mənimsənilib.

Cinayət işi açılıb, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq aparılır.
XS
SM
MD
LG