Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:58

Rusiya və Gürcüstan arasında münasibətlər düzəlir?


Rusiya və Gürcüstan arasındakı vasitəçilər bu gün regionda stabilliyə nail olmaq cəhdlərini dəstəkləyiblər.

2008-ci ildə iki ölkə arasındakı qısa müharibədən sonra münasibətlər gərgin həddə çatıb.

BMT-nin nümayəndəsi Antti Turunen Cenevrədə aparılan danışıqlardan sonra bildirib ki, regionda insidentlərin sayının azalması regionda inamı bərpa etmək üçün "yaxşı əsasdır".

Turunen müharibədən bəri keçirilən 18-ci iclası "işgüzar və konstruktiv" kimi dəyərləndirib.

Növbəti müzakirə gələn ilin martına nəzərdə tutulur.
XS
SM
MD
LG