Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:09

Vertolyot - Helikopter dilemması «Facebook»da


«Facebook»da rusca yazmağı normal sayan bloqqer və saf ana dili tərəfdarı olan yazıçı-kulturoloqun debatı AzadlıqFM-də, bu gün saat 23:00-da.

«Facebook»da kim nəyin haqda nə istəyir yazır, amma həm də necə istəyir elə yazır. Kimi ana dilində, kimi rusca, kimi ingilis dilində, kimi də qarışdırır bunların hamısını bir yerə. Hətta Azərbaycan əlifbasından belə müxtəlif cürə istifadə edirlər.

Məsələn, «Ş» hərfini orijinala uyğun yazan da var, ingilissayağı - «Sh» hərif birləşməsi formasında və ya kirill əlifbasından qaynaqlanan «W» (kirildəki «Ш» hərfini xatırladır) kimi yazanlar da var.

AzadlıqFM-in dekabrın 15-i gecəyarsı qonaqları Azərbaycan dili saflığının çılğın müdafiəçisi kimi tanınan, yazıçı-kulturoloq Aydın Xan Əbilov və rusdilli bloqqer İlkin Hüseyn oldular. Onların söhbəti «Ş» yoxsa «W», helikopter yoxsa vertolyot mübahisəsindən başlayıb dilin real həyatda, ailə və cəmiyyətdəki əhəmiyyərtinə qədər inkişaf etdi.

Məqalənin yuxarısında bu söhbətin videoyazısına baxa bilərsən.

Sən necə, hesab edirsən ki, dilin qaydalarını özfəaliyyətdən qorumaq lazımdır, yoxsa informasiya mübadiləsini asanlaşdıran hər şeyi məqbul bilirsən?

Azərbaycan dilini bilməyən dostların üçün ayrıca «Facebook» hesabı açmalısan, yoxsa eyni səhifədə hamısı ilə, hərəyə başa düşdüyü dildə yazmaq daha asandır?

Fikir və mülahizələrini aşağıdakı yaz

Şərhləri göstər

XS
SM
MD
LG