Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 11:11

Salam Sarvan. Bütün həriflərin əlifba sırasıyla


Bütün həriflərin əlifba sırasıyla
düzülüşü də bir sözdü…
Və yeganə sözdü ki, mənası
nəfəs dərməklə tələffüzdü.

Hündürlük - yıxılmış evlər səviyyəsindən,
səs sürəti iniltidən hesablanırsa,
deməli bütün ölçülər dəqiqdi, düzdü.

Mənaların hamısı uydurmadı-
isti qadın nəfəsindən son nəfəsəcən
hamısı adicə tənəffüsdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG