Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:41

Ədliyyə Nazirliyindən Ziyalılar Forumuna cavab var


Ədliyyə Nazirliyi bir qrup ziyalının təsis etdiyi Ziyalılar Forumuna cavab verib. Ziyalılar Forumu nazirlikdən həbsdəki gənc fəallarla görüşməyə şərait yaradılmasını xahiş etmişdi.

Bu barədə AzadlıqRadiosuan məlumat verən Azərbaycan Naminə İctimai Fondun rəhbəri Eldar Namazovun sözlərinə görə, məktubda onlara Ədliyyə Nazirliyi yanında İctimai Komitəyə müraciət etmək tövsiyə olunub: “Yazıblar ki, tərkibində bir qrup QHT nümayəndəsi və hüququ müdafiəçisinin təmsil olunduğu İctimai Komitə məhz bu cür məsələləri tənzimləyir və biz də gənc fəallarla görüşmək üçün onlara müraciət etməliyik”.

Eldar Namazov deyib ki, onlar İctimai Komitənin bəzi üzvləri ilə artıq danışıqlar aparıblar.

Ziyalılar Forumu həbsdə olan gənc fəallar Bəxtiyar Hacıyevin və Cabbar Savalanlı ilə görüşmək istəyirlər. Ziyalılar Forumu məhbus fəallara qarşı mənəvi dəstək kampaniyasına başlayıblar.

Ədliyyə Nazirliyinə göndərilən məktubu Ziyalılar Forumu adından yazıçılar Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, şair Ramiz Rövşən, professor Rafiq Əliyev və Eldar Namazov imzalayıb.

Bəxtiyar Hacıyev həbsdən yayınma ittihamı ilə 2 il, Cabbar Savalanlı ilə qanunsuz olaraq narkotik maddə əldə etmə və saxlama ittihamı ilə 2 il yarım müddətinə azadlıqdan məhrum olunublar.

Beynəlxalq təşkilatlar onları vicdan məhbusu elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG