Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:54

Salam Sarvan. Get sən də çirkaba bulaş


Get sən də çirkaba bulaş
üfunət səni də vursun –
Bu yerin çirkini təmizləməkçin
gərəkdi hər kəs bu çirkdən
bir az özünə hopdursun.

Get sən də içkiyə qurşan –
göz yaşından çaxıradək
bil bütün içkilərin dadın.
Buranın qanunlarında da
maddələr maye halındadı.

Sən də nəsə ver vətənə –
ölüm hökmündən sonrakı
bir obrazlı son sözü ver…
Get sən də bu xəstə xanədə
nahaq qan analizi ver.

Günün bütün mövzuları

XS
SM
MD
LG