Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:21

2011-də «Facebook»da ən çox paylaşılan məqalələr


Foto: Arxiv
Foto: Arxiv
«Facebook» Amerika Birləşmiş Ştatlarında 2011-ci ildə ən çox paylaşılan məqalələrin siyahısını yayımlayıb. Siyahıda il ərzində müxtəlif yayım orqanları tərəfindən yayımlanan və istifadəçilər tərəfindən paylaşılan 40 materialın ardıcıllığı verilib.

Birinci yerdə Yaponiyanın sunamidən əvvəl və sonra peyk vasitəsilə çəkilmiş şəkilləri barədə «New York Times»da yayımlanan xəbər durur. İkinci və üçüncü yeri isə il ərzində CNN-də yer almış «Müəllimlər valideynlərə həqiqətən nə demək istəyirlər?»«Xeyr, sizin zodiak işarəniz dəyişməyib» xəbərləri tutub. Ən çox paylaşılan xəbərlər arasında sonuncu yerdə isə yenə «New York Times»da yayımlanmış «Steve Jobs'un patentləri» xəbəri dayanır.

2011-ci ildə statuslarda ən çox bəhs edilən mövzu Osama Bin Laden'in ölümü olub. İkinci yeri Amerika futbol klubu «Green Bay Packers»in «Super Bowl» üzərində qələbəsi xəbərinin müzakirəsi tutub. Daha sonra dünyada ən çox hay küyə səbəb olan hadisə Floridadan olan bir xanım - Casey Anthony'nin öz qızının ölümündə günahsız olduğunun aşkarlanması xəbəri olub. Onluqda sonrakı yerləri «Apple»nin yaradıcısı Steve Jobs'un, müğənni Amy Winehouse'un ölüm xəbərləri, Britaniya şahzadəsinin toyu, Liviyadakı hərbi əməliyyatlar və ABŞ-dakı «Ayrin» qasırğası xəbərləri ilə bağlı yazılan və müzakirə edilən statuslar tutub.

İl ərzində «Facebook»da ən çox izlənən xəbər vasitələri arasında birinci yeri CNN, ikinci yeri «Fox News», üçüncü yeri isə İctimai radio - NPR-in səhifəsi tutub. Sosial şəbəkə istifadəçilərinin izlədiyi yayım orqanlarının siyahısında sonrakı yerlərdə isə «The Onion», «New York Times», «Al Jazeera», «Yahoo news», «Times of India»nın səhifəsi dayanıb. Top onluğun 9-cusu BBC, 10-cusu isə İctimai Yayım Xidmətinin səhifəsi olub.

Sosial şəbəkədə ən çox bəyənilən aktyor və teleaparıcılar Megan Fox, Vin Diesel və Adam Sandler, ən çox bəyənilən və izlənən müğənnilər Rihanna, Bob Marley, Avril Lavigne, idmançılar Leonel Messi, Cristiano Ronaldo, John Cena, idman klubları «Barcelona», «Real Madrid», «Manchester United», filmlər «Harry Potter», «Toran», «Oyuncaq əhvalat»ı olub.

«Facebook»da ən çox dinlənən mahnıların açıqlandığı onluqda isə birinci yeri Rihanna ilə Calvin Harris'in oxuduğu «We Found Love», onuncu yeri isə Adelen'in «Someone like you» mahnısı tutub.
XS
SM
MD
LG