Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:00

Salam Sarvan. Xatirə dəftərini yandırmaq istəyən qız


Neynəsən də başdaşın qəbirdən çöldə qalır -
Heç kim sığışa bilmir çanağının altında...
Xatirə dəftərini yandırmaq istəyən qız,
mənim də adımı yaz varağının altına.

Qırdan yaxşı YAĞIŞ yox, qırda yaxşı çətir rox...
İlahi, bu güllərdən çıxan candı, ətir yox...
Dünyaya adam gəlib oturmağa kətil yox -
Dur qoy Yer kürəsini qonağının altına.

Saatı düz dünyanın yenə nahaq vaxtıdı...
Dağın dərə vaxtıdı, dərənin dağ vaxtıdı...
Öz sözümü özümə pıçıldamaq vaxtıdı -
İlahi, əy ağzımı qulağımın altına.

Günün bütün mövzuları

XS
SM
MD
LG